Portfel meneceri

Portfolio manager İnvestor adından onun investisiya portfelini idarə edən maliyyə məsləhətçisi. Fonda investisiya zamanı nəzərə alınacaq ən önəmli faktorlardan biridir.
Portfel investisiya
Portfelin formalaşdırılması
OBASTAN VİKİ
Portfel
Maliyyədə Portfel (ing. portfolio) — hüquqi və fiziki şəxslərin investisiya məcmusu. İnvestisiya portfeli real və ya maliyyə investisiyalarının məcmusudur. Dar mənada, bu, bir investora məxsus olan və bütövlükdə idarə olunan müxtəlif növ, müxtəlif müddətlər və müxtəlif likvidlik dərəcələri olan qiymətli kağızlar toplusudur. Aktivlərin hər bir növünün nisbətinin dominant olmadığı investisiya portfeli diversifikasiya edilmiş adlanır (bax: diversifikasiya). Belə bir portfel eyni gəlirlilik sırasına malik bir qiymətli kağızla müqayisədə daha aşağı risk dərəcəsinə malikdir. İnvestisiya portfellərini aqressiv - yüksək gəlirli və yüksək risk səviyyəsinə malik aktivlərdən formalaşan, eləcə də strukturu bazar indeksinin strukturu ilə üst-üstə düşən passivlərə bölmək olar. Portfelin iki əsas xüsusiyyəti riskliliyi xarakterizə edən beta dəyəri və gəlirlilik göstəricisidir. Portfel növü portfelin formalaşması vəzifələri və ya portfelə daxil olan qiymətli kağızların növləri baxımından portfelin ümumiləşdirilmiş təsviridir. Praktikada aşağıdakı təsnifat mövcuddur: Artım portfeli bazarda bazar dəyəri sürətlə artan səhmlərə yönəlib.
Portfel investisiyaları
Portfel investisiyaları — qiymətli kağızlar portfeli şəklində formalaşan qiymətli kağızlara investisiyalar. Portfel investisiyaları şirkətin səhmləri, istiqrazları kimi qiymətli kağızlara passiv sahibliyi ifadə edir və investorun qiymətli kağızları buraxan müəssisənin operativ idarə edilməsində iştirakını təmin etmir. Yüzilliklər ərzində qiymətli kağızlarla ticarət müstəsna olaraq daxili iqtisadi fenomen hesab edilirdi. Belə ki, qiymətli kağızın emitenti və investoru bir ölkədə yerləşirdi. Hökumətlər, özəl müəssisələr qiymətli kağızları çoxdan buraxmağa başlasalar da onlar xarici investorların diqqətini nisbətən yaxın zamanlarda cəlb ediblər. 1990-cı illərin əvvəllərindən etibarən beynəlxalq portfel investisiyalarının görünməmiş artımı qeydə alınmağa balşanmışdır. Əgər 1990-cı ilin sonuna qiymətli kağızlarla beynəlxalq əməliyyatlar ən inkişaf etmiş ölkələrin ÜDM-nin 10%-nə bərabər idisə 1990-cı illərin ortalarına bu əməliyyatların həcmi artıq qeyd olunan ölkələrin ÜDM-nə nisbətən 100%-lik səviyyəni keçmişdi. Portfel investisiyaları əsasən özəl sahibkarlığa əsaslanır, lakin dövlətlər də tez-tez xarici qiymətli kağızları əldə edirlər. Portfel investisiyalarının səbəbləri ümumilikdə birbaşa xarici investisiyaları doğuran səbəblərə yaxındır. Lakin burada bir əsas fərqli cəhət xatırladılmalıdır ki, portfel investisiyasının həyata keçirilməsi nəticəsində investor müəssisə üzərində nəzarət hüququnu əldə edə bilmir.
Paket meneceri
Paket meneceri və ya Paket idarəetmə sistemi — proqramların quraşdırılmasını, yenilənməsini, konfiqurasiyasını və silinməsini avtomatlaşdıran proqram alətidir. Paket meneceri "paketlərlə", yəni arxiv kimi yayılan proqramlarla işləyir.
Paketlər meneceri
Paket meneceri və ya Paket idarəetmə sistemi — proqramların quraşdırılmasını, yenilənməsini, konfiqurasiyasını və silinməsini avtomatlaşdıran proqram alətidir. Paket meneceri "paketlərlə", yəni arxiv kimi yayılan proqramlarla işləyir.
Genişləndirilmiş yaddaş meneceri
Genişləndirilmiş yaddaş meneceri (ing. Expanded Memory Specification və ya qısaca EMS) — spesifikasiyasının proqram hissəsini gerçəkləşdirən qurğu drayveri. Adətən, EMS-sistemlər üçün əlavə aparat təminatı tələb olunsa da, Intel firmasının 80386 və 80486 prosessorları üçün yazılmış menecer-proqramlar bu mikrosxemlərin xüsusi imkanlarının vasitəsilə yardımçı yaddaşın bazasında EMS modelini hazırlaya bilər.

Digər lüğətlərdə